AZ

Konseysao “Cenoa” üzərində əzmkar qələbəni şərh etdi

“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaiya A Seriyasının 35-ci turunun “Cenoa” ilə səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “rossoneri” 61-ci dəqiqədə qol buraxsa da, iki dəqiqə ərzində – 76-cı və 77-ci dəqiqələrdə iki qol vuraraq, çətin Genuya səfərindən 3 xalla qayıdıb.

Serjio Konseysao matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz oyuna bir surətdə başladıq, fərqli surətdə isə bitirdik. Mənə, işləmək və oyunu oxumaq üçün əməkhaqqı ödəyirlər. Bəzən biz məşqçilər daha artığını verə bilirik, bəzən isə yox. Biz sadəcə sistem üzərində çalışmırıq, biz fərdi, təsisat və kollektiv səviyyələrində çalışırıq. Bəzən səhvlər yaşanır, məsələn, buraxdığımız qolla bağlı məqamda olduğu kimi. Bax, buna gərə də biz Milanelloda bu qəbildən olan xüsuslar üzərində işləməyə köklənmişik. Oyunçular uğura müvəffəq olanda və qələbə qazanda biz xoşbəxtik.

Mən düşünürəm ki, bu gün biz güclü və mütəşəkkil komandamız olduğunu nümayiş etdirdik, hansındakı oyun vaxtı əvəzetmədən meydana çıxmışlar bizə xüsusi nəsə verdilər. Biz tərtibatımızı dəyişərək, Joao Feliksi Santyaqo Ximeslə irəlidə qoyduq, hücumumuzu isə azacıq açdıq. Bu, məşqçinin yox, oyunçuların ustalıqlarının nümayişidir”, – “Football Italia” dərgisi portuqal mütəxəssisin təvazökarlıqla səsləndirdiyi fikrindən sitat gətirir.

35 oyundan 57 xalla “Milan” İtaliya A Seriyasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb. “Cenoa” isə 39 xalla 13-cü pillədədir.
A Seriyasına 77 xalla “Napoli” başçılıq edir.

Seçilən
0
arena.az

1Mənbələr