AZ

"Qarabağ"ın Çempionlar Liqası oyununa "skybox" bileti uduldu - FOTOLAR

BAKI. 6 may. TELEQRAF

Dövlət qurumları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub.

Teleqraf-ın məlumatına görə, Bakı Tennis Akademiyasında keçirilmiş final matçında Ədliyyə Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandasına qalib gəlib - 3:0.

Üçüncü yeri isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin komandasını penaltilər seriyasında 4:1 hesabı ilə yenən (əsas vaxt - 2:2) Daxili İşlər Nazirliyi tutub.

İlk 3 yeri tutanlar Su İdman Sarayında müvafiq olaraq, 1 illik, 6 aylıq və 3 aylıq premium abunəlik kartı qazanıblar. 4-cü yerin sahibi isə "Qarabağ"ın UEFA Çempionlar Liqasında keçirəcəyi ev oyununa skybox bileti əldə edib.

Mükafatları Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr