AZ

Orxan Əliyev: "Ruan Renatonun özü üçün də mənə qarşı oynamaq asan deyildi"

"Turan Tovuz"un hücumçusu Orxan Əliyev apasport.az saytına açıqlama verib.

O, Premyer Liqanın son turunda səfərdə "Zirə"yə 0:1 hesabı ilə məğlub olduqları matçı şərh edib:

"Oyun heç də asan keçmədi. Çox güclü rəqibə qarşı oynadığımızı yaxşı anlayırdıq. Bizim üçün önəmli olan vacib xallar itirdik. Bilirsiz, bu cür oyunlarda birinci qolu vuran komanda həmişə qalib gəlir. Buraxılan qoldan sonra rəqibin müdafiəsini yarmaq da çətin idi. Hər halda, sona qədər mübarizə apardıq, əlimizdən gələni etdik, amma alınmadı. Ruan Renatoya qarşı oynamaq necə idi? Ruan yaxşı futbolçudur. Amma bu, o demək deyil ki, onun üçün də mənə qarşı oynamaq asan idi. Doğrudur, bəlkə də ikimizin fiziki göstəriciləri fərqlidir. Amma hətta ikili mübarizələrdə ondan toplar da götürdüm, mübarizələrdə qalib gəldim. Lakin baş hakim qayda pozuntusu qeydə alırdı. Ruan özü mənə qarşı sərt oynayanda, hakim heç buna diqqət də etmirdi. Düzü, bu vəziyyət məni çox qəzəbləndirirdi. Amma sakit qalıb, mübarizəyə davam edərək, komandama kömək olmağa çalışırdım".

29 yaşlı hücumçu komandasının hazırda Premyer Liqadakı vəziyyətini və növbəti turdakı şanslarından bəhs edib:

"Sona qədər mübarizə aparacağıq. Turnir cədvəlində hansı pilləni tutacağımızı isə zaman göstərəcək. Əsas odur ki, mübarizə aparırıq və ən yaxşısına çalışırıq. Qarşıda hələ 3 tur var. Hazırlaşacağıq. Növbəti oyunumuz "Neftçi"yə qarşıdır. Hər şeyi edəcəyik ki, bu cür vacib görüşdə qələbə qazanaq. İstədiyimiz nəticəni qazana biləcəyimizə inanıram".

İkinci Liqa: "Qusar" "Ağdaş"a, "Şəmkir" isə "Füzuli"yə qarşı

Millimizin üzvü Rusiyada rəmzi komandaya seçilib

“Neftçi” və “Qarabağ”dan qələbə

Qara Qarayev: “Azərbaycan futboluna layiq olmağa çalışmışam”

Millimiz Belarusla qarşılaşacaq

Seçilən
0
apasport.az

1Mənbələr