AZ

Milyarder sosial media marketinqini məhv etmək istəyir

Milyarder

Amerikalı milyarder Mark Zukerberq sosial media marketinqi (SMM) agentliklərini bağlamaq istəyir. O, sosial şəbəkələri süni intellekt vasitəsilə ələ keçirmək fikrindədir.

Reyting.az
ABŞ mətbuatına istinadla xəbər verir ki, milyarder Zukerberqin fikrincə, çox yaxın gələcəkdə biznesin hər bir sahəsində kreativ həllərə, yaxud hədəfləməyə və məlumat təhlilinə ehtiyacı olmayacaq.

M. Zukerberq "Stratechery" podkastında bildirib ki, yaxın vaxtlarda sosial şəbəkələrdəki tanıtımın yeni konsepsiyası belə olacaq:

1. Süni intellekt məhsulların fotolarını, həm də videolarını özü yaradır;

2. Süni intellekt mətnləri yazır;

3. Süni intellekt hədəfləri seçir;

4. Süni intellekt nəticələri ölçür.

M. Zukerberq deyib ki, bütün bunlar ancaq onun nəzarətindəki sahələr olduğu üçün süni intellektin platformalarındadır.

"Sizə yalnız məqsəd seçmək və yaxud da, bank kartını qoşmaq lazımdır. Daha sonra biz bütün işləri özümüz edəcəyik. Siz isə sadəcə, verdiyimiz rəqəmlərə baxın", - deyə Zukerberq əminliklə izah edib.

Qərb agentlikləri milyarder Zukerberqin dediklərinə cavablarında bildiriblər ki, onlar bunu təkcə avtomatlaşdırmaq kimi yox, reklam bazarının düşməncəsinə ələ keçirilməsi kimi görürlər. Narahatlıq keçirən Rusiya informasiya agentlikləri isə ironiya ilə qeyd ediblər ki, çox güman, bütün sosial media marketinqinin, eləcə də reklam agentliklərinin mütəxəssisləri bundan sonra lap kuryer kimi görünməyə başlayacaqlar. Üstəlik, məlum olub ki, Moskva şəhərində bu sahədə mütəxəssis qıtlığı daha çoxdur.

Onu da qeyd edək ki, Qərb mediası M. Zukerberqi "yeni bəlalar daşıyıcısı" adlandırıb.

Oqtay QORÇU
Seçilən
0
reyting.az

1Mənbələr