Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (Oleq Bakinski) ev dustaqlığına buraxılıb.
Sfera.az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi bu dəqiqələrdə növbədənkənar keçirilən iclasda belə qərar qəbul edib.
Vəkil həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi vəsatətini müvəkkilinin ürəyindəki xəstəliyinin şiddətlənməsi ilə əsaslandırıb. Prokuror da vəsatətə etiraz etməyib.
Elnur Nuriyevin sədrlik etdiyi məhkəmə tərkibi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, Oleq Bakinski barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Oleq Krapivin ötən ilin avqustunda Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Oleq Bakinski həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilib. Ukraynalı Oleq Bakinski 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Kuçer Konstantin Antonoviç isə eyni Məcəllənin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham edilirdi. (Qafqazinfo)