AZ

Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...


Azər Həsrət: ""Rus Evi" Oş şəhərində Qırğızıstan vətəndaşılarını şirnikləndirərək və aldadaraq Ukraynadakı müharibəyə səfərbər edirmiş"

Son yarım ildə baş verənlər onu göstərir ki, ya Putin hakimiyyətə nəzarəti itirib, ya da Azərbaycanla səmimi deyil, "dovşana qaç, tazıya tut" deyir.

Məsələn, təyyarə qəzasından sonra Azərbaycanla Rusiyanın arası Kremilin günahı üzündən dəyib. Amma hələ Rusiya Azərbaycanın sorğularına tam cavab verməyib. "Rus Evi" və "Sputnik-Azərbaycan" bağlanandan sonra bu ofislərin qanuni fəaliyyətini bərpa etmək üçün Rusiya lazım olan addımları atmadı. Bu ofislər Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərirdi. Onların qanuni fəaliyyətini təşkil etmək olar, amma buna cəhd etmirlər.

Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana gəldi. O sözsüz ki, iki dövlət arasında münasibətləri yumşaltmaq missiyası ilə gəlib. Bundan əvvəl isə Putin İlham Əliyevə İkinci Dünya müharibəsinin başa çatmasının 80 illiyi munasibəti ilə təbrik məktubu göndərmişdi. Belə bir dönəmdə Rusiya Azərbaycan deputatı Azər Badamovu hava limanından deport edir. Deməli, ya Kremil hakimiyyətində Putinə tabe olmayan qüvvələr var, prezident onlarla bacarmır, onlar da münasibətləri bu cür gərginləşdirirlər, ya da Putin özü ikibaşli oynayır. Azərbaycanla dost olmaq istəyi göstərir, həm də Azərbaycanla munadibətləri korlayan addım atır. Bunlardan hansı realdır: Putin hakimiyyətə nəzarəti itirməyə başlayıb, yoxsa bunların hamısını özü təşkil edərək, Azərbaycana qarşı qeyri-səmimi siyasət aparır?

Baki-xeber.com saytının sualını cavablandıran siyasi şərhçi Azər Həsrət bildirdi ki, biz Putinin hakimiyyətə nəzarəti itirməsi barədə danışa bilmərik: "Putin o adam deyil, o, "KQB" məktəbi keçmiş bir mütəxəssisdir, işini bilən siyasətçidir. Ona görə də Kremildə onun xəbəri olmadan nəyinsə baş verdiyini, kimlərinsə onun basının üstündən iş gördüyünü düşünməyə meyilli deyiləm. Əksinə, biz düşünmürük ki, o hələ də köhnə sovet metrologiyasından əl çəkə bilmir.

Düşünür ki, o metrologiya ilə Azərbaycana təsir edə bilər, amma gerçəklikləri unudur.

Azərbaycan bu gün sovet ittifaqının bir parçası deyil, Azərbaycan asılı dövlət deyil və ona qarşı bu cür gedişlər nəticə verə bilməz. Doğrudan da, ruslar Azərbaycanla səmimi olsalar qeyd edilənlər baş verməzdi. Amma biz müşahidə edirik ki, rus mediası mütəmadi olaraq Azərbaycanı hədəfə alır, bizi ermənilərin ayağına verir, eyni zamanda, ölkəmizə qarşı heç bir əsası olmayan hücumlar təşkil edir.

Digər tərəfdən də rus siyasilər və deputatlar çıxıb Azərbaycana dil uzadırlar. Bu fonunda guya bütün bunlardan Putinin xəbəri olmur? Bu mümkün deyil.

"Rus Evi" və "Sputnik-Azərbaycan"ın bərpasına gəlincə, Rusiya öz ənənəsinə sadiq olaraq, vurdum-duymazlıq edir. Yəni Azərbaycandan icazə almağa gərək duymur. Onlar fikirləşirlər ki, Azərbaycan bunların atasına nəsə borcludur. Amma düşünmürlər ki, artıq Azərbaycan o deyil.

Azərbaycan "Rus Evi"ni və "Sputnik-Azərbaycan"nı öz ərazisindən çıxartdı, bunu haqqlı olaraq etdi.

Son zamanlar bəzi media qrumlarında müzakirələr açıblar ku, Rusiya Azərbaycanla (bunu da Rusiya təşkil edir...) "Rus Evi" və "Sputnik-Azərbaycan"ın geri dönməsi üçün danışıqlara başlayıb. Bilmirəm bu xəbər doğrudur, ya yalan, amma o qurumların Azərbaycana geri qayıtması üçün icazə verməyə meyilli olan məmurlar ciddi düşünməlidirlər. Çünki Azərbaycan xalqı bunu, yumsaq desək, yaxşı qəbul etməyəcək.

Xatırlayırsınızsa, Rusiya ötən il Xankəndidə konsulluq açmaq eşqinə düşmüşdü. Onda Azərbaycan tərəfi məsələyə çox dəyanətli yanaşdı və Rusiyaya belə bir izin verilmədi. Çünki hələ zəif məskunlaşmış, Rusiyaya hec bir dəxli olmayan bir bölgədə bu ölkənin konsulluğu nədən ötrü açılmalı idi? Eyni şəyi biz "Rus Evi" və "Sputnik-Azərbaycan" haqqında da deyə bilərik.

Bununla yanaşı, xatırlatmaq istəyirik ki, "Rus Evi" yalnız Azərbaycanda deyil, məsələn, qardaş Qırğızıstanda da bu yaxınlarda çox ciddi bir məsələ ilə bağlı ifşa edildi. Bəlli oldu ki, "Rus Evi" Oş şəhərində Qırğızıstan vətəndaşılarını şirnikləndirərək və aldadaraq Ukraynadakı müharibəyə səfərbər edirmiş. Qırğızıstan hökuməti buna görə "Rus Evi"nin numayəndələrini həbs edib.

Ardınca o da aşkarlanib ki, Rusiyanın Oşdakı konsulluğu 2010-cu ildə həmin vilayətdə özbəklərlə qırğızlar aradında baş verən etnik qarşıdurmanın təşkilatçısı olub. Belə bir faktların olduğu halda biz o qədər axnaqıqmı ki, "Rus Evi" və "Sputnik-Azərbaycan"ı geri qaytaraq, Xankəndidə ruslara konsulluq açmağa icazə verək?

Fikrimizcə, Putin kimdir, nədir, bu onun özü üçündür, əsas odur ki, biz işimizi ehtiyatlı görək. Özümüzü aldatmayaq, rusdan bizə heç vaxt dost olmayıb, olmayacaq da... Çunki o dövlətin mahiyyəti vəhşilik və təcavüzkarlıqdır".

Ekspert onu da əlavə etdi ki, deputat Azər Badamovun deportasiyası da o sıradadır, yəni Rusiya rəhbərliyinin xəbəri olan bir məsələdir: "Sadəcə bir məsələni qeyd edim ki, Azərbaycan numayəndə heyəti səhv edib - Azər Badamovla geri qayıtmayıb. Təəssüflər olsun ki, onlar yol yoldaşlarını yolda qoyub, səfərlərinə davam ediblər. Düzdür, Elman Nəsirov deyir ki, bizi təmtaraqla qarşıladılar, amma bu heç nəyi dəyişmir. Onlar tələb etməliydi ki, ya biz hamımız səfəri davam edirik, ya da hamımız geri qayıdırıq. Ruslala dişli davranmaq lazımdır".

Dəniz NƏSİRLİ

Seçilən
0
baki-xeber.com

1Mənbələr