Slovakiyanın baş naziri Robert Fiço bildirib ki, mayın 9-da Moskvaya səfər etmək qərarına görə ona hədələr gəlir.
Herbiand.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Mənə hədə-qorxu gəlirlər ki, mayın 9-da Moskvada şənliklərə getmək qərarına gəlsəm, cəzalandırılacam”, - baş nazir deyib.
Onun sözlərinə görə, Qələbə Günündə Rusiya paytaxtına səfər Avropa ilə Moskva arasında yeni dəmir pərdə ilə fikir ayrılığının təzahürü olacaq.
Bəxtiyar CƏFƏRLİ