Reuters bildirir ki, Ukraynaya silah tədarükünün müvəqqəti dayandırılması əmrini Ağ Evlə razılaşdırılmadan şəxsən Pentaqonun rəhbəri Pit Heqset verib. Donald Trampın ikinci prezidentliyə başlamasından təxminən bir həftə sonra ABŞ ordusu Delaverdəki Dover Hərbi Hava Qüvvələri bazasında və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ bazasında yerləşən üç yük aviaşirkətinə Ukraynaya gedən artilleriya mərmiləri və digər silahlar daşıyan 11 uçuşu dayandırmağı əmr etdi.
Bu barədə Reuters yazır. Qeyd olunur ki, Vaşinqton bir neçə saat ərzində Kiyevdəki ukraynalılardan və çatdırılmaların əlaqələndirildiyi Polşadakı rəsmilərdən qəzəbli sorğular gəlməyə başlayıb: - "TRANSCOM kimi tanınan ABŞ-ın Nəqliyyat Komandanlığına uçuşları dayandırmağı kim əmr edib? Bu, bütün yardımların daimi dayandırılması idi? Yoxsa müvəqqəti idi? Yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri - Ağ Evdə, Pentaqonda və Dövlət Departamentində bu suallaracavab tapa bilmirdilər. Uçuşlar bir həftə ərzində yenidən bərpa edildi", - deyə Reuters bildirir.
Surxay Əliyev