AZ

''Fənər''in əfsanəsi Mourinyonu istefaya dəvət etdi

Joze Mourinyo mövsümün əvvəlində böyük hay-küylə və ümidlərlə ''Fənərbaxça''nın başına gətirilmişdi. Amma indi camiədə demək olar, onu dəstəkləyən bir adam qalmayıb. Zatən qalması da mümkün deyil. Çünki bu boyda xərclərə baxmayaraq portuqaliyalı komandanın çempionluq həsrətinə son qoya bilmədi.

Bu arada Mourinyonun istefasını dəstəkləyənlərdən biri də ''Fənərbaxça''nın sabiq əfsanəsi Volkan Dəmirəldi. Həyatının 20 ilini bu kluba həsr edən və karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan Dəmirəl qonağı olduğu ''Asist analiz'' adlı ''yutub'' kanalına bunları deyib:
''Fanatların rəhbərliyi tənqid etməsini və istefaya səsləməsini anlayıram. Amma ondan öncə Mourinyonun özünü istefaya səsləmək lazımdı. Fanatlar Mourinyonun istefasına nail olmalıdı. Rəhbərlik tutaq ki, ayrıldı. Fanatlar Mourinyonu gələn mövsüm də komandanın başında görmək istəyirmi? Məncə, istəmir. Ona görə də birinci bu problemi yoluna qoymaq lazımdı. Bu gün üçün camiənin bir nömrəli problemi Mourinyodu. ''Beşiktaş''a məğlubiyyətdən sonra çox yorulduğunu dedi. Mənə maraqlıdı, nə edib ki, yorulub? İstədiyin hər futbolçu alınıb, istədiyin hər cür şərait yaradılıb. Sənə çətinlik yaradan nədi? Mourinyonun böyük bir təzminatının olduğunu hər kəs bilir. Bu pulu ''Fənərbaxça''ya ödəttirməyin. Fanatlar bu məsələdə qəti şəkildə mövqeyini ortaya qoymalıdı. Mourinyoya səslənirəm: get artıq, dostum. ''Fənərbaxça''nı bu camiədən çıxanlar idarə etməlidi. Bu iş Abdulla Avcı və ya Sərgən Yalçın ilə olmaz. Çünki onlar ''Fənərbaxça''lı deyillər. Özüm haqda heç nə demək istəmirəm. Bu dəqiqə əsas məsələ Mourinyonun istefası məsələsidi''.
Seçilən
0
football-plus.az

1Mənbələr