AZ

İnfarkta gedən yolda ÖVLADLARIMIZI DA BELƏ TƏHLÜKƏYƏ ATIRIQ - “Bizi infarkta yediyimiz qidalar aparır”

“İnfarkt irsi amillərə də əsaslanır”.


Bu sözləri professor, tanınmış həkim Adil Qeybulla “Referans”-a açıqlamasında deyib.




“İnfarkt canlı toxumanın ölməsi deməkdir. Bu müxtəlif səbəblərdən, xüsusilə də, qan təchizatının kəsilməsi nəticəsində canlı toxumanın məhv olmasıdır. Ürəklə bağlı infarkt miokard infarktıdır. Miokard infaktının çoxalması müxtəlif amillərlə bağlıdır. Düzdür, burada irsi faktorlar da mövcuddur. Yüksək qan təzyiqinin olması, atreskleroz inkişaf etməsi, şəkərli diabet və s. bunların hər biri müəyyən bir fon yaradır. Amma bunla yanaşı əsasən həyat tərzi xüsusi rol oynayır. Bu məsələdə birinci növbədə qida mədəniyyətini nəzərə almaq lazımdır. Sərf olunan kalori ilə bədənə daxil olan kalori arasında çox ciddi fərq var. Bu, birinci növbədə kökəlməyə, diabetə və ürək xəstəliklərinə aparan yoldur. İkinci növbədə nəzərə almaq lazımdır ki, bizim cəmiyyət axşam saatlarında çox qida qəbul etməyi bir adətə çeviriblər. Şadlıq evləri, müxtəlif qonaqlıqlar hər biri axşam saatlarına təsadüf edir”.


Professor bildirib ki, oturaq həyat tərzi, siqaretdən çox istifadə, elektron siqaretlər, alkollu içkilər, qəlyan və s. zərərli vərdişlər də infarktın səbəbinə çevrilir.


“Stress də infarkta səbəb olan əsas amillərdəndir. Buna görə də hesab edirəm ki, kütləvi idman miokard infarktının qarşısını alan yollardan biridir. Qida mədəniyyətinin tənzimlənməsi, az qidalanmaq, çox hərəkət etmək bu probelmin əsas yollarından biridir. İnsanlar nə qədər ki, bu həyat tərzini dəyişməyiblər, təbii ki, bu cür xəstəliklərin sayı da artacaq”.

 

Fidan Vəlisoy 

Seçilən
0
referans.az

1Mənbələr