AZ

Olmo: “Bura qalib gəlmək üçün gəlmişəm”

“Barselona”ya qalib gəlmək üçün gəlmişəm. Bütün titullar uğrunda mübarizə aparacağımı təsəvvür edirdim. Başa düşürdüm ki, bunu bacararıq”.

Msport.az xəbər verir ki, bunu “Barselona”nın futbolçusu Dani Olmo deyib.

İspaniya millisinin yarımmüdafiəçisi Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter” önündəki şanslarını dəyərləndirib: “Bu, Hansi Fliklə ilk mövsümüm olsa da, bizdə belə bir düşüncə tərzi formalaşıb: hamımız birlikdə hərəkət etməliyik. Dəyişikliklər çox uğurla keçdi. Özümüzü yaxşı hiss edirik. Komandamız tam hazırdır, 100 faiz enerjili və motivasiyalıyıq”.

Qeyd edək ki, “Barselona” bu gün “İnter”lə səfərdə qarşılaşacaq. İspaniyadakı ilk görüş 3:3 hesabı ilə yekunlaşıb.

Seçilən
0
msport.az

1Mənbələr