AZ

Şirvanda uşağın döyülüb nitqinin tutulması iddiasına görə bağça rəhbərliyi sorğu-suala çəkildi

Şirvan şəhəri 7 saylı uşaq bağçasında müəllimin uşağı döydüyü iddia olunub.

NOCOMMENT.az bildirir ki, bu barədə Oxu.Az-a valideynlərdən biri məlumat verib.

O bildirib ki, sözügedən bağçada müəllim uşağı döyüb, qaranlıq yerə salıb:

“Mən uşağımı nevropatoloq yanına aparmışdım. Mənə dedi ki, uşağı bağçaya qoymaq lazımdır. Bundan sonra mən uşağı bağçaya yazdırdım. Bağçaya gedəndə, heç olmasa, iki-üç kəlmə işlədib danışırdı. Övladım dörd yaşına qədər məndən uzaqda, tək qalmayıb. Normal olaraq adaptasiya olana qədər ağlayır. Müəllim də ona qayğı göstərmək yerinə qışqırıb, mətbəxdə qaranlıq yerə qoyub. Uşağım bundan sonra travma alıb. İki kəlmə kəsib danışırdısa, indi onu da dayandırıb. Mənim bu söhbətdən övladım döyüldükdən bir həftə sonra xəbərim olmuşdu. Bağçada işləyənlərdən biri xəbər vermişdi. Müəllimə deyəndə deyir ki, sən nə bilirsən, mən sənin uşağını döymüşəm? Uşağı bağçadan çıxarmışam. Beş ay psixoloqa aparmışam. İndi də loqopedə aparıram”.

Seçilən
0
nocomment.az

1Mənbələr