AZ

Bu şirkət Xankəndidə 5 bina təmir edəcək, bina başına 1,1 milyon qazanacaq

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.

Qubadlıda 26 milyonluq tikinti layihəsi - TENDER ELANI, ŞƏRTLƏR

FED.az xəbər verir ki, Xankəndi şəhərində yerləşən beş ədəd beşmərtəbəli yaşayış binasının cari təmiri ilə bağlı qurum yeni müqavilə imzalayıb. Müqaviləyə əsasən, binaların təmir işlərini “Grand Fortune” MMC həyata keçirəcək.

Tikinti şirkəti ilə bağlanan müqavilənin ümumi məbləği 5 milyon 543 min 235 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).

Qeyd edək ki, “Grand Fortune” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zahir Baxşiyev Allahyar oğludur. Hüquqi ünvanı AZ1009, Bakı şəhəri Nəsimi rayonu, Vidadi, ev 131, m. 5/6 ünvanında yerləşir.

Seçilən
0
fed.az

1Mənbələr