Milan. Trend:
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla 2025–2029-cu illəri əhatəedəcək yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını başaçatdırmaq üzrədir.
Bunu Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrədepartamentinin baş direktoru Yevgeniy Jukov AİB-nin 58-ci illikiclası çərçivəsində Trend-in Milana ezam olunmuş xüsusi müxbirinin sualınıcavablandıran zaman bildirib.
“Hazırda biz strategiyanı Azərbaycan hökuməti ilə müzakirəedirik və iki əsas istiqamətə diqqət yetirməyi planlaşdırırıq.Birinci istiqamət – "yaşıl" və şaxələndirilmiş iqtisadiyyatıninkişafı, ikinci isə aşağı karbonlu bağlantının və inklüzivinkişafın təşviqidir”, – deyə o qeyd edib.
Jukovun sözlərinə görə, son illər AİB-nin Azərbaycandakıproqramı başlıca olaraq özəl sektora yönəlib.
“Keçən il dövlət sektorunda iki layihə təsdiqləndi, hər ikisidəmir yolu infrastrukturunun inkişafı ilə bağlıdır. Layihələrdənbiri şimal–cənub dəmir yolu istiqamətini əhatə edir. Digəri isəAzərbaycanın dəmir yolu şəbəkəsinin rəqəmsallaşdırılması iləbağlıdır”, – deyə o bildirib.
Jukov əlavə edib ki, özəl sektorda AİB bərpa olunan enerjisahəsində, xüsusilə "Masdar" şirkəti və digər tərəfdaşlarlaəməkdaşlıq çərçivəsində bir sıra iri layihələr həyata keçirir.
“2022-ci ildə Ələt qəsəbəsində böyük bir layihəni təsdiqlədik vəbu layihə artıq tam istismara verilib. Keçən il COP29 tədbiriçərçivəsində günəş enerjisi üzrə yeni layihələrə dair öhdəliklərgötürdük. Bu il isə özəl sektorla iş üzrə departamentimiz oxşarmiqyasda külək enerjisi sahəsində layihələr hazırlayır”, - deyə ovurğulayıb.