AZ

Ronaldonun oğlu milliyə çağırıldı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu Kriştiano Ronaldonun oğlu Portuqaliyanın 15 yaşadək futbolçulardan ibarət yığmasına dəvət alıb.

Publika.az xəbər verir ki, bu, Ronaldo Junior üçün milli komandaya ilk çağırışdır.

Portuqaliya yığması Xorvatiyada keçiriləcək beynəlxalq turnirdə Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq. Ronaldo Junior hazırda “Əl-Nəsr”in uşaq komandasında çıxış edir. O, daha əvvəl “Pozuelo”, “Yuventus” və “Real”ın akademiyalarında da oynayıb.

Qeyd edək ki, Kriştiano Ronaldonun özü isə Portuqaliyanın əsas milli komandasının kapitanıdır.

Seçilən
0
publika.az

1Mənbələr