Taylandda qarayara xəstəliyinin aşkarlanması ölkədə həyəcana səbəb olub.
“ Busaat.az ” “CDC”ya istinadən xəbər verir ki, Taylandın Mukdahan şəhərində 53 yaşlı şəxsin çiy mal ətindən yoluxaraq həyatını itirdiyi bildirilib.
Məlumata görə, eyni bölgədə ikinci yoluxma faktı da qeydə alınıb.
Bildirilir ki, xəstəlik dərhal antibiotiklərlə müalicə olunmazsa, ölümcül ola bilər.
Səhiyyə rəsmiləri əlavə üç şübhəli halın da araşdırıldığını açıqlayıb.
Qeyd edək ki, bu, 1994-cü ildən bəri Taylandda qarayara xəstəliyindən ilk ölüm hadisəsidir.
Nərmin Səmidova
Busaat.az