AZ

Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”


Partiyasının qrup toplantısında çıxış edən CHP sədri Özgür Özəl ona hücum edən Səlcuq Tengioğlu ilə bağlı diqqətçəkən açıqlamalar verib. Özəl Tengioğlunun Əkrəm İmamoğlunun öldürüləcəyini iddia etdiyini açıqlayıb. "Hücum bizə, mənə, sizə, hamımıza açıq çağırışdır”-deyə Özəl əlavə edib

İMAMOĞLUYA SUİ-QƏSD İDDİASI
Ona hücum edən Səlcuq Tenqioğlunun həbsindən sonra açıqlama verən Özgür Özəl Tengioğlunun daha əvvəl Saraçhaneyə gəldiyini 3-4 il əvvəl içəridən çıxdığını, kamera yoldaşlarıyla əlaqə saxlamaqda davam etdiyini dedi və əlavə etdi ki, İmamoğluna sui-qəsd sifarişi alıblar,dedim xəbər verim" - deyib.Özəl prokurora səslənib:- “Cənab prokuror, o kameraya baxdınızmı? Onun kamera yoldaşları haradadır? Mövzumuz nədir? Mövzumuz İmamoğlunu qətlə yetirməkdir deyən adam dünən hamının gözü önündə ana müxalifət liderinə hücum etdi. Düşünürəm kimlərsə bu adamdan belə istifadə edir”. "O, işıq sürətiydə həbs olundu. Ona bu sual verilməyibsə,qoy onu geri çağırsınlar!” – deyə Özgür Özəl vurğulayıb.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr