Azərbaycanda 2025-ci il barama istehsalı mövsümünə start verilib. 2025-ci ilin barama istehsalı mövsümündə kümçülərə 6 min qutu tut ipəkqurdu toxumu paylanacaq.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il ölkədə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmi nəzərə alınmaqla Çindən 5 min qutu ipəkqurdu sənaye toxumları tədarük edilib. Eyni zamanda, Qax Damazlıq İpəkçilik Stansiyasında 1 min qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
İnkubasiya olunan toxumlar 40 bölgədən olan kümçülərə paylanıb.
Ümumilikdə mayın 5-dək kümçülərə inkubasiyadan sonra 5,5 min qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.