AZ

Mərhum Roma Papasının son yadigarı da MƏHV EDİLDİ

Vatikanda Papa Fransiskə məxsus qurğuşun möhür və “Balıqçı üzüyü”nün ləğvi proseduru baş tutub. Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni məlumat verib.

KONKRET.az xəbər verir ki, ləğv mərasimi çərşənbə axşamı səhər kardinalların son ümumi yığıncağında keçirilib.Bu, Roma Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi prosedurundan əvvəlki mərasimdir.

Yeni Papa çərşənbə günü axşam başlayacaq konklavda seçiləcək. Seçim üçün səslərin üçdəikisi tələb olunur. Konklavda 133 kardinal səsvermə hüququna malikdir.

Qeyd edək ki, Papa Fransisk aprelin 21-də 89 yaşında insultdan vəfat edib.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
0
konkret.az

1Mənbələr