Şimali Atlantika Alyansının Cənubi Qafqazda istənilən hərəkəti qeyri-sabitlik zonası yaratmaq məqsədi daşıyır.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
O deyib: "Aprelin 28-dən Gürcüstanda NATO-nun iştirakı ilə növbəti komanda-qərargah təlimləri keçirilir. Mövcud məlumata görə, tədbirdə hərbi blokun tərəfdaşları olan 17 ölkə, o cümlədən Ermənistan və Azərbaycan iştirak edir. Beləliklə, alyans Cənubi Qafqaz respublikalarını öz təsir orbitinə çəkmək kursunu davam etdirir".
Zaxarova qeyd edib ki, “bir qayda olaraq, belə qarşılıqlı fəaliyyət formatları vasitəsilə NATO regional güclərə öz standartlarını və ideologiyasını tətbiq edir, müdafiə kompleksinin yenidən formatlaşdırılması, silahlı qüvvələrin inkişafına və xarici siyasət prosesinə nəzarətin qurulmasına şərait yaradır”.
“Heç kimdə illüziya olmamalıdır: Şimali Atlantika Alyansının Cənubi Qafqazda hər hansı hərəkəti təhlükəsizliyin möhkəmləndirilməsinə deyil, orada qeyri-sabitlik və hərbi-siyasi gərginlik zonası yaradılmasına yönəlib”, - Zaxarova vurğulayıb.
O, Cənubi Qafa respublikaların “belə tədbirlərdə iştiraka tənqidi yanaşacaqlarına” ümid etdiyini bildirib.
Telegram kanalımız