İngiltərə Premyer Liqasının XXXVII turunda keçiriləcək “Aston Villa” – “Tottenhem” matçı təxirə salınıb.
Msport.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma mayın 16-da keçiriləcək.
“Tottenhem” Avropa Liqasının finalında mümkün iştiraka görə görüşün təxirə salınmasını xahiş etmişdi.
Daha əvvək görüş mayın 18-nə təyin edilmişdi.
Qeyd edək ki, “Tottenhem” Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə “Bodyo-Qlimt”ə 3:1 hesabı ilə qalib gəlib. Cavab oyunu mayın 8-də baş tutacaq. Avropa Liqasının final oyunu mayın 21-də keçiriləcək.