AZ

Polis 4 ildir səyyar radar məsələsində qərar verə bilmir

Avropanın siyasi mərkəzi sayılan Brüsseldə polis bir məsələ üzərində 4 ildir baş sındırır. 

Avtosfer.az xəbər verir ki, Belçika polisi 2021-ci ildən bəri səyyar radarların alınması barədə qərar verə bilmir. Problem isə ölkə səviyyəsini aşır.

Avropa Komissiyası səyyar radarlardan əldə edilən məlumatların ciddi qorunmasına dair 2020-ci ildə göstəriş verib. Çətinlik də buradan başlayır. Səyyar radarlar qayda pozucusunun (kəmər, telefon, sürət rejimi) şəklini çəkir. Bu da şəxsi həyata aid məlumat hesab edilir. 

Belçika polisini isə bir sual düşündürür: sabah radar itsə, oğurlansa, yaxud pis niyyətli insanların əlinə keçsə onun yaddaşındakı məlumatlar sosial şəbəkədə yayılacaq.

Bu da şəxsi həyata müdaxilədir. Qayda pozanlar polisi kütləvi şəkildə məhkəməyə versələr ciddi qalmaqal yaranacaq. 

Oxşar məsələyə görə əksər Avropa dövlətlərində polis səyyar radardan məhdud şəkildə istifadə edir.

Vüqar

Seçilən
0
avtosfer.az

1Mənbələr