AZ

Ağdaşda ağır yol qəzası olub, piyada ölüb

Ağdaşda ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mayın 6-da saat 12 radələrində Ağdaş şəhərində Murad Əsədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
0
6
report.az

9Mənbələr