AZ

Kadırov getsə, yerinə kim gələcək?

Ajans.az xəbər verir ki, bu barədə politoloq Stanislav Tarasovnta jurnalistlər ilə söhbəti zamanı danışıb. “Zaman-zaman Kadırov istefası ilə bağlı açıqlamalar verir, görünür, hansısa daxili səbəbləri rəhbər tutur. Amma o, hələ ki, öz yerindədir. Kadırov Şimali Qafqazın qeyri-rəsmi lideridir, onun adı Yaxın Şərqdə və İslam dünyasında yaxşı tanınır. Deməli, o, hər hansısa bir yerdə, yaxud mərkəzi yerə transfer oluna bilər. Lakin onun getməsi ilə bağlı yayılan xəbərlərə daha çox piar kimi baxmaq lazımdır”, - Tarasov hesab edir. Əgər Kadırovun istefa ilə bağlı sözlərinin piarla əlaqəsi yoxdursa və Çeçenistan rəhbəri həqiqətən də getsə, varisi, politoloqun fikrincə, Moskva deyil, regionda böyük nüfuzunu nəzərə alaraq Kadırovun özü müəyyən edəcək. Bundan əvvəl Kadırov tutduğu vəzifədən azad edilməsini xahiş etdiyini bildirib. O, istefa verə biləcəyi ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
0
Ajans.az

1Mənbələr