AZ

Rusiya və Ukrayna əsirləri dəyişdirir: Başa-baş

Mayın 6-da Ukrayna əsirliyindən 205 rusiyalı hərbçi qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Rusiya və Ukrayna tərəfləri əsir mübadiləsini “205-ə 205” düsturuna əsasən həyata keçirib.

Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçi qismində çıxış edib.

Hazırda əsirlikdən qayıdan rusiyalı hərbçilər Belarus ərazisindədir və onlara yardım göstərilir.

Seçilən
0
publika.az

1Mənbələr