Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov bildirib ki, vəzifəsindən azad olunması üçün özü müraciət edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə o, “Çeçnya Bugünkü Gün” (Чечня сегодня) informasiya agentliyinə açıqlamasında deyib.
Bu bəyanatla Kadırov, onun istefa verəcəyi ilə bağlı yayılan şayiələri şərh edib. Açıqlamasında o, həmçinin öz yerinə kimin keçə biləcəyi məsələsinə də toxunub:
“Mən özüm xahiş edirəm ki, məni vəzifəmdən azad etsinlər. Başqasının öz təşəbbüsləri və baxışları olacaq. Ümid edirəm ki, bu istəyimə dəstək veriləcək.”
Kadırov bu müraciəti konkret olaraq kimə ünvanladığını açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl o, səhhəti ilə bağlı yayılan şayiələrə də münasibət bildirmişdi. Onun sözlərinə görə, internetdə haqqında müxtəlif xəstəliklər uydurulur.
İmran Kərimli