BAKI, 6 may. TELEQRAF
Masallı rayonu Birinci Yeddioymaq kəndində ümumi sahəsi 66 m² olan obyektin yanar konstruksiyaları 12 m² sahədə yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.