AZ

"Fədakarlığına görə Mahirə təşəkkür edirik" - "Nürnberq" rəsmisi

style='margin-bottom:10px;'>

"Nürnberq"in idman direktoru Joti Çatzialexio Azərbaycan millisinin üzvü Mahir Emrelinin mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o klubun rəsmi saytına açıqlamasında 28 yaşlı hücumçu ilə müqavilənin uzadılmaması ilə bağlı razılığa gəlmələri haqda deyib:

"Müqaviləsi başa çatacaq oyunçularla bağlı mümkün qədər tez bir qərara gəlmək bizim üçün vacibdir. Mahirlə birlikdə yaydan sonra münasibətlərimizi davam etdirməməyə razılaşdıq. Mahirə bu mövsüm göstərdiyi səylərə, xüsusən də onun fədakarlığına görə təşəkkür etmək istərdik. Ona ən yaxşısını arzulayırıq".

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr