AZ

“Rusiya təsəvvür edilməz dərəcədə ağlasığmaz qəddarlığın hər dərinliyinə çatıb” - Britaniyalı könüllü

Ukrayna tərəfində döyüşən britaniyalı könüllü Meyser Qifford rus hərbçilərini o qədər qəddar adlandırıb ki, buna görə onun bölməsi sağ-salamat əsir düşməmək qərarına gəlib.

Herbiand.az bildirir ki, o, bu barədə Business Insider-ə şərhində danışıb.

Qifford deyib ki, Rusiya ordusu inanılmaz dərəcədə təhlükəli, çox vaxt fanatik və ya çarəsiz insanlardır və əgər sizi tutsalar işgəncə verəcək və öldürəcəklər.

Əcnəbi döyüşçü strateji əhəmiyyətli yerlərdə, xüsusən Xerson və Limanda döyüşlərdə iştirak edib. Bundan əvvəl isə Suriyada döyüşlərdə iştirak edib.

“Rusiya təsəvvür edilməz dərəcədə ağlasığmaz qəddarlığın hər dərinliyinə çatıb. Ona görə də, bölmədə dəqiq razılıq var idi: təslim olmaq variant deyil. Heç kəs sağ halda əsir düşməməlidir”, - Qifford deyib.

O, etiraf edib ki, müharibə həmişə zorakılıqla müşayiət olunur, lakin Rusiyaya qarşı döyüşlərdə rast gəlinən vəhşiliyin səviyyəsi onu xüsusilə heyrətləndirib: “Gördüklərimdən çox pis sarsıldım”.

Qifford deyib ki, rus qoşunlarının mülki şəxslərə qarşı vəhşiliyinin səviyyəsi və miqyası İslam Dövlətinin (İŞİD - red.) istifadə etdiyi eyni taktikanı xatırladır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr