AZ

Prezident Ərdoğan Dövlət Baxçalini evində ziyarət edəcək

Prezident Rəcəb Tayyib Ərdoğan bu gün saat 18:00-da Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşəcək.
Sherg.az xəbər verir ki, görüş MHP lideri Baxçalinin səhhətində yaşanan problemlərdən sonra ilk dəfə baş tutacaq.

Ziyarətin Baxçalinin evində keçiriləcəyi bildirilib.

MHP lideri Dövlət Baxçalı bir müddət əvvəl ürəyindən əməliyyat keçirmişdi.

10 il əvvəl dəyişdirilən ürək qapağında degenerasiya əlamətləri müşahidə edildiyinə görə, həmin qapaq yenidən dəyişdirilmişdi. Əməliyyatın uğurla başa çatdığı bildirilmişdi.
Seçilən
0
sherg.az

1Mənbələr