AZ

Flik: “Finala yüksəlmək üçün hər şeyi edəcəyik”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasında “İnter”ə qarşı keçirəcəkləri yarımfinal mərhələsinin cavab oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis zədəsini sağaldan Robert Levandovskidən söz açıb:

“Levandovskinin ehtiyat oyunçular skamyasında oyuna başlaması daha doğrudur. Paltardəyişmə otağına kiməsə təzyiq göstərmək fikrim yoxdur. Mövsümün əvvəlində bunları bacaracağımıza inanan yox idi. İndidən artıq iki çempionluğumuz var. Uşaqlar daha da yaxşı olduqlarını göstərmək istəyirlər. Çempionlar Liqasında finala yüksəlmək üçün hər şeyi edəcəyik”.

“İnter” – “Barselona” oyunu 23:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 3:3.

Seçilən
0
futbolpress.az

1Mənbələr