AZ

Netanyahunun Bakıya səfəri təxirə düşüb?

Benjamin Netanyahunun Bakıya səfərini təxirə saldığı deyilir.

İsrail Baş nazirinin ofisi səfərin təxirə salınmasını Qəzzada və Suriyada baş verənlərlə, siyasi və təhlükəsizlik səbəbi ilə izah edib.

İsrail mediası yazıb ki, Ankara İsrailin Baş nazirinə Türkiyə üzərindən uçmağa icazə verməyib. Netanyahu da buna görə səfərini təxirə salmalı olub.

Bir neçə gün əvvəl İsrail Suriyada Türkiyənin dəstəklədiyi yeni hökümətin qüvvələrini bombalayıb.

"İsrailin bu addımları sülh və əmin-amanlığı təhdid edən addımlardır", - buna münasibət bildiriən Türkiyə Prezidenti Erdoğan deyib.

Bir müddət əvvəl İsrail və Azərbaycan mediası yazmışdı ki, Ankara Netanyahuya Bakıya getmək üçün Türkiyə üzərindən uçmağa icazə verib.

Ötən il Ankara Bakıda keçirilən COP29-da iştirak etmək istəyən İsrail Prezidentinə önun ölkəsi üzərindən uçmağa icazə verməmişdi.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
0
bbc.com

1Mənbələr