Azərbaycan millisinin üzvü Mahir Emreli mövsümün sonunda "Nürnberq"i tərk edəcək.
Publika.az xəbər verir ki, bu barədə İkinci Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Mərkəz forvardının başa çatan müqaviləsinin müddəti uzadılmayacaq. Hər iki tərəf bu barədə razılığa gəlib.
27 yaşlı futbolçu bu mövsümün əvvəlində Zaqreb "Dinamo"sundan Nürnberqə keçib. O, bu mövsüm 2. Bundesliqada indiyədək 22 oyuna çıxıb, 7 qol vurub və 1 assist edib. Ölkə kubokunda bir matçda oynadı və burada da qol vurub.
Klubun idman direktoru Joti Katzialeksiu ayrılıq qərarına belə münasibət bildirib: