AZ

Binəqədi sakinlərinin yol problemi: “Yağış yağanda həyat dayanır”

Binəqədi rayonunun Binəqədi kəndində sakinlər yolların yararsız olmasından narazıdırlar.

NOCOMMENT.az bildirir ki, bu barədə Oxu.Az-a daxil olan şikayətdə bildirilir.

Qeyd olunur ki, Binəqədi kəndinin Loğman küçəsində yağıntılı havalarda hərəkət etmək qeyri-mümkündür. Vəziyyəti daha da ağırlaşdıran məqam isə kanalizasiya sularının birbaşa küçəyə axaraq ərazidə antisanitar vəziyyət yaratmasıdır.

” Yağış yağanda burada sanki həyat dayanır. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, nə baxan, nə də tədbir görən var”, – deyə şikayətdə bildirilir.

Seçilən
0
nocomment.az

1Mənbələr