AZ

Mahir Emreli "Nürnberq"dən ayrılır - Rəsmi

style='margin-bottom:10px;'>

Almaniyanın “Nürnberq” klubu Mahir Emreli ilə bağlı qərarını açıqlayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin hücumçusu mövsümün sonunda 2-ci Bundesliqa təmsilçisindən ayrılacaq.

Mahirlə başa çatan müqavilənin uzadılmayacağı bildirilib. Tərəflərin bununla bağlı razılığa gəldiyi qeyd edilib.

Qeyd edək ki, Mahir Emreli ötən ilin yayında "Nürnberq"ə keçib. O, cari mövsüm Almaniya təmsilçisinin heyətində 22 oyuna çıxaraq 8 qol vurub və 1 qolun ötürməsini verib.

Seçilən
0
3
teleqraf.com

4Mənbələr