AZ

Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Kanadanın Ontario Qanunvericilik Assambleyasında ilk dəfə olaraq“Azərbaycan İrs Günü” adlı tədbir keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İşüzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Toronto şəhərində fəaliyyət göstərən “Vətən”Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təsis edilməsinin10-cu ildönümünə həsr olunmuş tədbir Azərbaycanın və KanadanınDövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin moderatoru Kanadanın keçmiş Multikulturalizm vəVətəndaşlıq naziri Toni Ruprext olub. O, “Vətən” təşkilatınınAzərbaycanın zəngin tarixi-mədəni irsinin, adət-ənənələrininKanadada təbliği istiqamətində əvəzsiz rol oynadığını qeyd edib.Dəfələrlə bu təşkilatın tədbirlərinə qatıldığını və hər dəfəAzərbaycanla bağlı yeni, maraqlı məlumatlar öyrəndiyinibildirib.

Mərkəzin rəhbəri Lalin Həsənova qonaqlara iştirakları üçünminnətdarlığını ifadə edib və təşkilatın yaranma tarixindən sözaçıb. O, həmçinin Toronto şəhərindəki Kanada Azərbaycan Evininfəaliyyətini də diqqətə çatdırıb. “Biz elə bir ölkədəməskunlaşmışıq ki, köklərimizə bağlılığımızı itirməmək üçün bizəhərtərəfli imkanlar yaradılıb və biz də bunu dəyərləndiririk”, –deyə mərkəzin rəhbəri vurğulayıb.

Tədbirdə Ontario parlamentinin millət vəkilləri Rudy Cuzzetto(Rudi Kuzetto), Mohamed Firin (Mohamed Firin), Michael Tibbolo(Maykl Tibbolo), Sheref Sabavi (Şerif Sabavi), Kris Glover (KrisQlover), Jamie Vest (Ceymi Vest), Kristin Vong-Tam (KristinVonq-Tam), Stefani Bouman (Stefani Buman), Andrea Hazell (AndreaHezel) iştirak ediblər. Onlar mərkəzin böyük işlər gördüyünü, buişlərin sayəsində Azərbaycan haqqında dolğun informasiya əldəetdiklərini söyləyiblər. Deputat Andrea Hezel yubiley münasibətilərəsmi təbrik məktubunu Lalin Həsənovaya təqdim edib. Tədbirintəşkilində xüsusi rolu olan deputat bu barədə öz sosial şəbəkəhesabında paylaşım edib.

Tədbirdə Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “MənimAzərbaycanım” həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovunrəhbərliyi ilə şagirdlərin rəqsləri və nağara müəllimi CəmhurHüseynovun rəhbərliyi ilə nağara qrupunun ifaları alqışlarlaqarşılanıb.

Günel İsmayılovanın piano müşayiəti ilə “Təbriz” AzərbaycanMusiqi və Rəqs Ansamblının rəhbəri Şervin Şadpurun ifasındasəsləndirilən “Vətən” mahnısı tədbirə xüsusi ahəng qatıb.

Mərasimdə Kanada rəsmiləri, icma üzvləri ilə yanaşı, Türkiyə,Özbəkistan, Başqırdıstan, Krım Tatarları, Türkmənistan və s. türkxalqlarının icma rəhbərləri də iştirak ediblər.

Qeyd edək ki, “Vətən” İncəsənət və Mədəniyyət Mərkəzi xalqımızınmilli dəyərlərini yaşadaraq yeni nəsillərə ötürməklə yanaşı,Azərbaycanın haqq səsinin Kanadada çatdırılması istiqamətində mühümişlər görür.

Aşağıdakı linkdən Kanadada “Azərbaycan İrs Günü” adlı tədbirləbağlı videomaterialı izləmək mümkündür:

https://youtu.be/Q5YI2Y2Mets?si=7moYP-VmDDgIx4y6

Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Kanadada
Seçilən
0
3
az.trend.az

4Mənbələr