Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın qəbul etmədiyi üç günlük atəşkəslə bağlı açıqlama verib. O bildirib ki, Rusiya qüvvələri yalnız Ukrayna tərəfindən hücum olunduğu təqdirdə cavab verəcək.
KONKRET.az xəbər verir ki, Qələbə Günü münasibətilə Rusiya mayın 8-dən 10-dək atəşkəs elan edib.
Lakin Ukrayna bu qısamüddətli atəşkəsi qəbul etməyib.
Peskov qeyd edib ki, Rusiya hərbçiləri Prezident Vladimir Putinin qərarına uyğun olaraq hücumları dayandırıb.
O əlavə edib ki, əgər Ukrayna qüvvələri Rusiya mövqelərinə zərbə endirsə, buna qarşılıq veriləcək.
Aynurə İsmayıl
KONKRET.az