“Liverpul”un futbolçusu Aleksis Mak Allister Premyer Liqada çempion olmalarını şərh edib.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi ESPN-ə açıqlamasında bunları deyib:
“Bu qədər asanlıqla çempion olacağımızı gözləmirdim. Biz hələ prosesin başlanğıcındayıq. Baş məşqçinin dəyişməsi böyük bir dəyişiklik oldu. Biz inkişaf etməyə davam edirik. Ümid edirəm ki, bu, böyük bir şeyin başlanğıcıdır”.
“Liverpul” çempionatda sona 3 tur qalmış 85 xalla liderdir. Komanda iki tur əvvəl çempionluğunu rəsmiləşdirib.