"Turan-Tovuz” və “Şamaxı”nın sabiq hücumçusu Belajdi Pusi yayda Misli Premyer Liqasına qayıda bilər.
Bizim.Media xəbər verir ki, alban hücumçu bu barədə qəti qərarını verib.
Pusinin hazırkı komandası “Fakel” artıq Rusiya Premyer Liqasını tərk edib. Forvard Rusiya birinci divizionunda oynamaq istəyində deyil. O, yenidən Premyer Liqamızda çıxış etmək niyyətindədir. Belajdi klublarımızdan gələcək təklifi dəyərləndirəcək.
Qeyd edək ki, “Fakel” 27 turdan sonra 16 xalla 16-cı pillədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta