AZ

ABŞ kəşfiyyatı Trampı təkzib etdi

ABŞ-dakı kəşfiyyat agentlikləri prezident Donald Trampın “Tren de Aragua” (TDA) adlı Venesuela bandasının Venesuela prezidenti Nikolas Maduronun hökuməti ilə əlaqəsi olduğuna dair iddiaları ilə razılaşmır.

2025-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra anti-immiqrasiya xəttini davam etdirən Tramp, prezident kimi ilk müddətində olduğu kimi, “Tren de Aragua” üzvü olduğunu iddia etdiyi 200-dən çox venesuelanını ölkədən deportasiya etmək üçün 1789-cu il “Xarici Düşmənlər Aktı”ndan istifadə etdi. Dəstə üzvləri olduğu iddia edilən immiqrantlar ABŞ tərəfindən El Salvadordakı yüksək təhlükəsizlik həbsxanasına göndərilib.

İkinci Dünya müharibəsi zamanı Yaponiya vətəndaşlarına qarşı istifadə edilən mübahisəli qanun, ABŞ prezidentinə müharibə, xarici millət və ya hökumət tərəfindən işğal olarsa, Yaponiya vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək səlahiyyəti vermişdi.

***

Dünən məxfiliyi ləğv edilən və mətbuata açıqlanan bir sənəd, ABŞ kəşfiyyatının bandanın əlaqələri haqqında Trampdan fərqli düşündüyünü ortaya qoydu. Müvafiq olaraq, Milli Kəşfiyyat Şurasının (NSA) 7 aprel tarixli sənədi “Tren de Araqua” bandasının Venesuela prezidenti Maduronun hökuməti ilə heç bir əlaqəsinin olmadığına inanıldığını göstərdi.

“Venesuellanın icazəverici mühiti TDA-nın fəaliyyət göstərməsinə imkan versə də, Maduro rejiminin TDA ilə əməkdaşlıq siyasəti yoxdur. ABŞ-da TDA-nın hərəkətlərini və ya fəaliyyətlərini idarə etmir”, – sənəddə deyilir.

ABŞ-ın “The New York Times” qəzeti də mart ayında ABŞ-dakı kəşfiyyat agentliklərinin bu məsələdə Trampla razılaşmadığını yazıb.

***

Digər tərəfdən, hesabatın paylaşılmasından bir gün sonra Ədliyyə Nazirliyi dəqiq olmayan, lakin hələ də məxfi olan məlumatların sızması ilə bağlı cinayət işi başlandığını açıqladı.

Trampın vəkillərindən biri olan baş prokurorun müavini Todd Blanş da məsələ ilə bağlı açıqlama verərək, sızmada dərin dövləti günahlandırıb və bunun Trampın gündəmini pozmaq üçün siyasi motivli bir cəhd olduğunu iddia edib.

Dünən dərc edilən söz mövzusu sənəd, İfadə Azadlığı Vəqfinin İnformasiya Hüququ çərçivəsində etdiyi müraciət əsasında paylaşılıb.

Seçilən
0
vaxt.az

1Mənbələr