AZ

“Hav Hav”la məşhurlaşan Lvbel C5 tutuldu

Türkiyənin ən çox dinlənilən reperlərindən biri olan Lvbel C5 ləqəbli Süleyman Burak Bodur həbs edilib.

Tribunainfo.az xəbər verir ki, müğənni “narkotik vasitələrin istifadəsini təbliğ etmə” ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.

Məlumata görə, Bodur Kocaelinin Darıca rayonunda yaşadığı ünvandan vəkili ilə birgə Gebze prokurorluğuna çağırılıb. O, ifadəsində mahnı sözlərini bilərəkdən yazmadığını, yalnız qafiyəyə uyğunluq məqsədilə istifadə etdiyini və bunun cinayət olduğunu bilmədiyini deyib.

Kocaeli İl Emniyyət Müdürlüyü isə bildirib ki, narkotik vasitələrin təbliğinin qarşısını almaq məqsədilə aparılan araşdırma zamanı Lvbel C5-in bəzi mahnılarında bu cür təbliğat izlərinə rast gəlinib. O, saxlanılıb və istintaqdan sonra növbətçi hakim tərəfindən həbs edilib.

Lvbel C5 2024-cü ildə Spotify-da Türkiyədə ən çox dinlənilən ikinci musiqiçi olmuşdu. Onun “Havhavhav” adlı mahnısı cəmi üç ayda YouTube-da 65 milyona yaxın baxış toplayaraq geniş populyarlıq qazanmışdı.

İmran Kərimli

Seçilən
0
tribunainfo.az

1Mənbələr