ABŞ-ın müdafiə naziri Pit Heqset ölkənin silahlı qüvvələrində general və admiralların sayının ən azı 20% azaldılması barədə göstəriş verib.
Mayın 5-də dərc edilmiş memorandumda ordu və donanmada yüksək rütbəli zabitlərin sayının 10%, Milli Qvardiyanın generallarının sayının isə 20% azaldılması nəzərdə tutulur.
“İxtisarlar qoşunlarda lazımsız strukturları aradan qaldırmağa yönəlib”, - memorandumda deyilir.
Bu tədbirlərin ABŞ-ın mövqelərini gücləndirəcəyi, səmərəliliyi artıracağı və innovasiyaları təşviq edəcəyi gözlənilir.
İxtisarın necə həyata keçiriləcəyi dəqiq göstərilmir.
Gülnar