AZ

Rəsmi Moskvadan neflə bağlı mesaj: "Bu, siyasi prosesdir"

"Rusiyanın əsas ixrac məhsulu olan neftin ucuzlaşmasıni, təbii ki, izləyirik. Bu, siyasi proseslərdən aslıdır. Lakin əsas məsələ başqadır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlər açıqlamasında deyib.

O bildirib ki, neftin qiymətləri Rusiyanın milli maraqlara münasibətinə təsir edə bilməz: "Bu, bizim milli maraqlara təsirli amil deyil. Rusiyanın milli maraqları neft qiymətləri də daxil olmaqla, hər şeydən üstün və əvvəl gəlir".

Peskov xüsusi vurğulayıb ki, Moskva Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupu ilə neft qiymətləri ilə bağlı izahat işi aparır: “Həddindən artıq yüksək və aşağı qiymətlər qlobal iqtisadiyyat üçün mənfi bir vəziyyətdir. Biz o səbəbdən əsas neft istehsalçıları ilə mütəmadi müzakirə aparırıq”

Samir MUSAYEV
MİA.AZ

Seçilən
0
mia.az

1Mənbələr