BAKI, 6 may. TELEQRAF
Bu il Türkiyədə “İlin müxbiri” mükafatını “CNN Türk” telekanalının Xüsusi Xəbər Departamentinin rəhbəri Fulya Öztürk alıb.
Teleqraf xəbər verir ki, mükafatı ona Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Türkiyə Prezidenti 10-cu “Anadolu Media Mükafatları” tədbirində çıxış edib.
Xatırladaq ki, Fulya Öztürk İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanla bağlı hazırladığı reportajları ilə ölkəmizdə məşhurlaşmışdı.