AZ

Almaniyada Mersə etiraz: İstefaya get və yeni seçkilər keçirilsin

Sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının həmsədri Alisa Vaydel Almaniya kanslerinə namizəd Fridrix Mersi Bundestaqdakı səsvermədə uğursuzluğa düçar olduqdan sonra istefaya getməyə və yeni parlament seçkilərinin keçirilməsinə icazə verməyə çağırıb.

Publika.az "FAZ" qəzetinə istinadən xəbər verir ki, Xristian Demokratik və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Mers kansler seçilmək üçün Bundestaq üzvlərinin 316 səsindən yalnız 310-nu toplayıb. Bununla da Mers Almaniya tarixində səsvermənin ilk turunda uğursuzluğa düçar olan ilk namizəd olub.

"Mers sadəcə olaraq istefa verməlidir və ölkəmizdə yeni seçkilərə yol açılmalıdır", - deyə AfD lideri bildirib.

Vaydel əlavə edib ki, seçki vədlərini pozan Mersin kansler postuna namizədliyinin irəli sürülməsi Almaniyanın siyasi vəziyyətini xarakterizə edir. Onun sözlərinə görə, AfD Almaniya hökumətinə rəhbərlik etməyə və ölkəni mövcud durumdan xilas etməyə hazırdır.

Seçilən
0
publika.az

1Mənbələr