AZ

Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət GömrükKomitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (FederalGəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsininyaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədəfərman imzalayıb.

Trend xəbərverir ki, fərmana əsasən, 2025-ci il fevralın 24-də Bakı şəhərindəimzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi iləPakistan İslam Respublikasının Gömrük Xidməti (Federal GəlirlərŞurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılmasıhaqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bu Fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdənsonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onunmüddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi AnlaşmaMemorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxiliprosedurların yerinə yetirildiyi barədə Pakistan İslam RespublikasıHökumətinə bildiriş göndərməlidir.

Seçilən
0
22
az.trend.az

10Mənbələr