AZ

Azərbaycanda Astma xəstələrinin sayı açıqlanıb

2024-cü ilin əvvəlinə ölkənin tibb müəssiələrində bronxial astma diaqnozu ilə 18969 nəfər qeydiyyatda olub. Bu barədə Dövlət Statistika komitəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirlib.

Hər il mayın ikinci çərşənbə axşamı Ümumdünya Astma Günü kimi qeyd olunur.

Dünya Səhiyyə Təşkilatının (WHO) son məlumatlarına görə, dünyada təxminən 262 milyon insan astma xəstəliyindən əziyyət çəkir və bu xəstəlikdən 455,000 nəfər həyatını itirib.

Astma, xüsusilə uşaqlar arasında ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir.

Astma xəstəliyinin qarşısının alınması və idarə olunması üçün effektiv inhalyasiya dərmanları və fərdi müalicə planları mövcuddur.

Astma ilə bağlı ölümlərin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə baş verir ki, bu da diaqnostika və müalicə imkanlarının məhdudluğu ilə əlaqədardır.

Aytac Zeynalova

 

 

Seçilən
0
anews.az

1Mənbələr