AZ

Kriştiano Ronaldonun oğlu Portuqaliya millisinə dəvət edildi

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun oğlu Xorvatiyada keçiriləcək turnirdə çıxış edəcək.

Sportal.az xəbər verir ki, o, Portuqaliyanın U-15 komandasına çağırılıb.

Bu isə Kriştianonun oğlunun Portuqaliya millisinə ilk dəvətidir.

Həmin turnirdə Portuqaliya Yaponiya, Yunanıstan və İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, Kriştiano Jr Ronaldo “Əl-Nəsr”in gənclər komandasında oynayır.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr