BAKI. 6 may. TELEQRAF
"Çox xoş hissdir ki, doğma torpağımda olacağam".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanda ilk dəfə UFC turnirinə qatılacaq MMA döyüşçüsü Rafael Fiziyev “Zoom” üzərindən xüsusi sessiyada deyib.
Azərbaycanlı idmançı turnirə hazırlığı, gözləntiləri və digər maraqlı məqamlar barədə danışıb: "Doğma publika önündə yarışmaq çox xoş hissdir. Hazırlığım necə lazımdırsa, elə keçir. Hər şey plan üzrə gedir".
Qeyd edək ki, Bakı Kristal Zalında təşkil olunacaq UFC turniri 21 iyunda baş tutacaq.