Bakı. Trend:
2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqamətiüzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləriaçıqlanıb.
Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, abituriyentlərin qəbul imtahanının birincimərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balıaşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarınaburaxılırlar. Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxınvaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
61 | Məşqçilik (idman növləri üzrə) | 70 bal |
62 | Ümumi fiziki hazırlıq Kütləvi sağlamlaşdırıcı idman Adaptiv bədən tərbiyəsi | 80 bal |
63 | Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi | 80 bal |
Tam orta təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
6401 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |
Ümumi orta təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
152 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |
Qeyd edək ki, müsabiqə şərtləri və meyarlarla bağlı daha ətraflıməlumatı yaxın tarixlərdə çap olunacaq “Abituriyent” jurnalınınİdman istiqaməti üzrə xüsusi buraxılışından əldə edəbiləcəksiniz.